EN

Münaqişənin dondurulması saatlı bombadır - Yermak

Ajans.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, Ukraynada münaqişə dondurulsa, müəyyən müddətdən sonra qisas almaq istəyən nəsil dəyişəcək. O, əlavə edib ki, bu nəsil ərazilərin itirilməsini qəbul etməyəcək və “dünya tarixində bir neçə dəfə baş verdiyi kimi, 10, 20, 30 ildən sonra qisas alacaqlar”. O, belə nəticəyə gəlib ki, buna görə də hazırkı Ukrayna hakimiyyətinin öz xalqı və dünya ilə dürüst olması çox vacibdir. Yermak daha əvvəl Ukrayna və ABŞ arasında resurs sazişinin məqsədlərini açıqlamışdı. Ukrayna Prezident Aparatının rəhbərinin sözlərinə görə, nadir torpaq metallarının hasilatı üzrə ABŞ ilə razılaşma eyni zamanda təhlükəsizlik zəmanətlərinin “çox ciddi” elementidir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
0
Ajans.az

1Sources