EN

Çində güclü zəlzələ olub

Çinin qərbində yerləşən Tibet muxtar rayonunda güclü zəlzələ baş verib.

Day.Az xəbər verir ki, bu barədə Avropa- Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ 5.6 bal gücündə qeydə alınıb, episentri Şiqadze şəhərindən 133 kilometr cənub-qərbdə olub. Seysmoloji hadisənin yeraltı ocağı isə təxminən 12 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Chosen
0
1
day.az

2Sources