EN

Texas qubernatoru əcnəbilərə torpaq almağı qadağan etmək istəyir

Texas qubernatoru Kreyq Abbott yaxın vaxtlarda Rusiya və Çin də daxil olmaqla əcnəbilərin bölgədə daşınmaz əmlak almasını qadağan edən qanun layihəsini imzalayacağını bildirib...

Poliqon xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.

Sözügedən ölkələr Çin, Rusiya, İran və Şimali Koreya da daxil olmaqla "düşmən xarici dövlətlər"dir. Bu ölkələrin vətəndaşları Texasda torpaq almağı və ya ona sahib olmağı qadağan etmək istəyirlər.

Bir neçə Texas qanunvericisi fevral ayında müvafiq sənəd təklif etmişdi. Qanun layihəsi ABŞ Milli Kəşfiyyat Direktorunun illik qiymətləndirmələrinə əsaslanaraq, ABŞ üçün təhlükə yaradan ölkələrin hökumətləri ilə əlaqəli olan adi vətəndaşlar və şirkətlər tərəfindən daşınmaz əmlakın bu il sentyabrın 1-dən etibarən alınmasına qadağa qoyulmasını təklif edir. Kənd təsərrüfatı, ticarət, sənaye və yaşayış sahələri, eləcə də mədənlər, faydalı qazıntılar və taxta materialları almaq mümkün olmayacaq.

Sənəd imza üçün qubernatora getməzdən əvvəl Texas qanunverici orqanında son oxunuşu gözləyir.

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources