EN

Hindistan bağladığı 32 hava limanını yenidən açdı

Cənubi Asiyada gərginliyin nisbətən səngiməsi fonunda Hindistan Şimal və Qərb bölgələrində yerləşən 32 hava limanını yenidən istifadəyə verib. Bu hava limanları Pakistanla artan hərbi-siyasi qarşıdurma səbəbilə müvəqqəti olaraq mülki aviasiyaya bağlanmışdı.

Bizim.Media xÉ™bÉ™r verir ki, mÉ™lumatı Hindistanın nüfuzlu "News18" telekanalı yayıb. 

Bildirilir ki, Hindistan Hava Limanları İdarəsi və aviasiya üzrə digər aidiyyəti qurumlar pilotlara rəsmi NOTAM (uçuş heyəti üçün bildiriş) göndərərək, bağlanmış hava limanlarının açıldığını elan ediblər.

Pilotlara bu barədə göstərişlərin Hindistan Hərbi Hava Qüvvələrinin qərarı əsasında verildiyi də vurğulanıb.

Hazırda regionda vəziyyət nəzarət altındadır, lakin rəsmi orqanlar ehtiyat tədbirlərini tam dayandırmayıb və hava məkanının təhlükəsizliyi xüsusi nəzarətdə saxlanılır.

Bizim.Media

Chosen
0
bizim.media

1Sources