EN

ABŞ və Çin Cenevrə danışıqlarından sonra tarifləri 10%-ə endirəcək

Cenevrədəki danışıqlardan sonra Çin və ABŞ arasında qarşılıqlı tariflər 10%-ə endiriləcək...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu həftə sonu biz açıq şəkildə qarşılıqlı hörmətə əsaslanan razılığa gəldik", deyə Ceymison Qri bildirib.

Onun sözlərinə görə, saziş qarşılıqlı gömrük rüsumlarının ABŞ tərəfindən dərhal 10%-ə endirilməsini nəzərdə tutur, Çin tərəfi əvvəlcə onları 15%-ə, sonra da 10%-ə endirəcək və görülən əks tədbirləri ləğv edəcək.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri Cenevrədə rüsumların həlli üçün yüksək səviyyəli Çin rəsmiləri ilə danışıqlar aparıblar.

Mayın 9-da ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və Çin ölkələr arasında ədalətli ticarət sazişi əldə edə bilərlər.

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources