EN

PKK özünü buraxdı, “Terrorsuz Türkiyə” reallaşır!

Terror təşkilatının lideri Abdullah Öcalanın İmralı adasından müraciətindən sonra PKK-nın dağılma qərarı verməsi “terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün atılan mühüm addımdır. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

Məlumatı “Anadolu” yayıb. 

“Silahların ləğvi və təhvil verilməsi qərarı, RKK-nın bütün strukturları və qeyri-qanuni birləşmələri ilə əlaqədar olaraq, tam şəkildə həyata keçirilərsə, dönüş nöqtəsi olacaq”, - Çelik bildirib.

“Terrorsuz Türkiyə”yə toxunan Çelik bu prosesin dövlət qurumları tərəfindən yaxından izləniləcəyini, əldə olunan mərhələlərin Prezident Rəcəb Tayyib Ərdoğana bildiriləcəyini qeyd edib.

P.ƏMİRCANOV
XQ

Chosen
0
xalqqazeti.az

1Sources