EN

Bədavi Hüseynov “Qarabağ”da 250-ci oyuna çıxdı

Təcrübəli mərkəz müdafiəçisi Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.

Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.

  1. Maksim Medvedev (“Qarabağ”) – 376
  2. Qara Qarayev (“Qarabağ”) – 305
  3. Aslan Kərimov (“Qarabağ”) – 268
  4. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
  5. Riçard Almeyda (“Qarabağ”) – 254
  6. Bədavi Hüseynov (“Qarabağ”) – 250
Chosen
0
21
arena.az

10Sources