AZ

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşüb

Bakı. Trend:

Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycançempionatlarında 250-ci oyuna çıxıb.

Trend PeşəkarFutbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, onunyubileyi Premyer Liqanın XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə(2:0) təsadüf edib.

Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bugörüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatlarıtarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimidüşüb.

1. Maksim Medvedev (“Qarabağ”) – 376

2. Qara Qarayev (“Qarabağ”) – 305

3. Aslan Kərimov (“Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

Riçard Almeyda (“Qarabağ”) – 254

6. Bədavi Hüseynov (“Qarabağ”) – 250.

Seçilən
0
14
az.trend.az

10Mənbələr