Bakı. Trend:
Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslərsaxlanılıblar.
Trendxəbər verir ki, Şərur rayonu ərazisində yerləşən evlərin birindən22800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.
Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləriəməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəlibilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudovsaxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanılıb.
Araşdırma aparılır.