EN

"Bir-iki aya Azərbaycanı tərk edəcəyəm" - İsrail səfiri

İsrail səfirinin Azərbaycandakı səlahiyyət müddəti yayda başa çatacaq. İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:

"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - o vurğulayıb.

Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.

Chosen
0
8
manset.az

10Sources