EN

İsrail səfirinin Azərbaycandakı səlahiyyət müddəti yayda başa çatacaq

İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətinin başa çatacağını açıqlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə diplomat APA-nın sorğusuna cavab olaraq bildirib.

Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:

“Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam”, - o vurğulayıb.

Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.

Chosen
0
13
olke.az

10Sources