Son günlər, faşizm üzərində Qələbə günü- 9 may gün ətrafında baş verən hadisələr və Qarabağda baş verən hadisələr, xüsusilə də İşğal dövründə - ağır və çətinliklərlə dolu 30 il ərzində, hər birimizin niskil, kədər eyni zamanda da qisas mənbəyimiz olan, beynəlxalq ictimaiyyətinin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” kimi tanıdığı, bu gün isə artıq dirçələn, öz tarxində yeni şərəfli səhifə yazan Ağdam şəhərində Ağdam Muğam Mərkəzinin, Dəmiryol Vağzalının, Avtovağalın açılışları və s. həm Azərbaycanı yenə də dünya mətbuatının diqqət mərkəzinə gətirib.
Əlbəttə ki, bu xəbərlər özümüzü və dostlarımız sevindirdiyi qədər də, düşmənlərimizi də mütəəsir edir, qəzəbləndirir. Bu mənada inanmıram ki, harada yaşamasında, cinsi, social və siyasi mənsubiyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq lap azca da olsa qəlbində bu ölkəyə, bu millətə bağlılığı olan kimsə bu hadisələrə görə sevinməsin.
Məhz içimizi dolduran bu emosiyalar və bununla paralel olaraq, bəzi dost olmayan xarici mətbu orqanlarda, sosial şəbəkələrdə düşmənlərimizin və onların dəyirmanına su tökən bəzi naxələflərin, zatı qırıqlan açıqlamaları, rəyləri aşağıdakı fikirləri kağıza, daha dogrusu kompüterin monitoruna göçürməyə vadar etdi.
Əvvəldən ondan başlayaq ki, bu gün bu hadisələrin fonunda ölkədə olan hər bir xırda qüsuru, hər nöqsanı böyüdüb, sanki özünü göstərirmiş kimi, sanki vətəndaşlarımızın “qayğısına qalan” fədakar insan kimi göstərirmiş kimi pafosla hallandırmaq, mümkün problemləri bəhanə kimi istifadə edərək öz şəxsi maraqları naminə və əslində isə dolayısı ilə vətəndaşı olduğu dövlətin ziyanına təbliğat kim istifadə etmək nə qədər düzgündür?
Dünyanın hansı ölkəsində siyasi, iqtisai, sosial və s. problemlər yoxdur? Məgər, sizdən başqa ölkədə bu nöqsanları görən yoxdur, məgər başqaları qüsurlardan danışmır, tənqid etmir? Yüzlərlə qələm sahibi, ictimai-siaysi fəal tanıyıram ki, bu işləri şərəflə vicdanla, əsas da odur ki, dövlətin mənafeyini hər şeydən üstün tutaraq edir. Amma onların sizdən fərqləri var.
Birincisi odur ki, probelemləri nə şişirdir, nə də kiçildirlər, olduğu kimi öz evlərinin problemləri kimi, öz şəxsi nöqsanları kimi qəbul edərək, bəzən hiddətlənir, bəzən təəssüf hissi keçirirlər, amma onların aradan qaldırılmasına çalışırlar. Qiybət etmir, evin içinin, ailənin sirrini qonşulara, xüsusilə fürsət düşən kimi bizi daim vurmağa çalışan qonşular və ya onların havadarları ilə bölüşmürlər, vay-şüvənlik, qara-qışqırıq salmırlar, dövlətimizin nüfuzuna xələl gətirmək hesabına olsa belə, özlərini tanıtmaq, yalançı “qəhrəman” kimi qələmə vermək, “xayp” üçün istifadə etmirlər. Bunu təmkinlə, sakit formada problemlərin operativ və təsirli həlli üçün müvafiq addımlar atırlar. Əksər hallarda da, hay-küy salanlara nisbətən ayrı-ayrı vətəndaşların şikayətləri, müraciətlərinə baxılması ilə bağlı məsələlərdə daha uğurlu nəticələrə nail olunur.
Ölkədə əksəriyyət nöqsanları da görür də, deyir də, amma eyni zamanda əldə olunan uğurları, Azərbaycanın dövlət suverenliyi tam bərpa edildiyini, 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına atıldığını, artıq öz torpaqlarımıza qayıtdığımızı, bu torpaqların sahibi olduğumuzu və bu torpaqlarda əbədi yaşayacağımızı, əldə edilən nailiyyətləti də fəxrlə qeyd edir, dünyaya çatdırırlar.
Amma sizlər isə hətta Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən Zəfəri, suverenliyin bərpasının belə əhəmiyyətini azaltmağa, onu kiçiltməyə çalışırsınız. Qarabağda aparılan abadlıq-quruculuq işlərinə, bərpa olunan şəhərləri, kəndləri görməməzlikdən gəlirsiniz, Xankəndidə Qarabağ Universitetinin fəaliyyət başlamasından qürur hissi keçirmirsiniz, bütün işlərdə yalnız, təkrar edirəm yalnız qüsur axtarırsınız.
Görün iş nə həddə çatıb ki, öz hikkələrini, öz xəbis niyyətlərini yürütmək üçün Azərbaycanın xələl gətirəcək narrativlərə, onun düşmənlərinin mövqeyinə uyğun fikirlər sərgiləyir. Dövlətimiz və xalqımız üçün müqqəddəs məqamları, dövlət rəmzlərini belə aşağılağılmaqdan utanmır, çəkinmirsiniz. Bizə kin-küdurət, nifrət bəsləyən dövlətlərə, ayrı-ayrı siyasi fiqurlara vəkillik eləməklə onlara “sədaqətinizi”, köləliyinizi, Azərbaycana əsl münasibətinizi nümayiş etdirmiş olursunuz.
Yaxşı uğurları görmürsünüz, qeyd etmirsiniz heç etməyin, amma ölkənin uğurlarını qələmə alan, müxtəlif tribunalarda dünyaya çatdıran, beynəlxaql ictimaiyyəti məluamtlandıranları niyə ləkələməyə, nüfuzlarına xələl gətirməyə çalışırsınız. Niyə onları “satqın”, “əqidəsiz”, “sifarişlə işləyən”, “göstərişlərlə oturub-duran” və s. kimi neqativ epitetlərlə aşağılamağa çalışırsınız.
Əvvəla şəxsən mən və mənim kimi çox sayda dostlar nə bu yazını, nə bu qəbildən olan digər yazıları göstəriş və sifarişlə yazmırıq, və buna görə heç bir ödəniş almamışıq və almırıq da. Ümumiyyətlə siz yəqin bilməzsiniz Vətəni, dövləti sevməyə, ona xidmətə görə təmanna güdməzlər! İknicisi hər kimsə buna görə maaş, və ya mükafat alırsa belə burada qəbahət nədir ki? Nə vaxtdan vətəndaşı olduğu dövlətdən əməyinə görə ödəniş almaq günah sayılıb?
Xarici mənbələrdən verilən qəpik-quruşa görə nəinki Vətənini, hətta ən əzizlərini belə satmağa hazır olanların kimlərisə qınaması o qədər gülünc o qədər iyrənc görünür ki…. Hər halda lap elə öz ölkəsini bir az da dozundan artıq tərifləmək, müxtəlif xarici donorlardan və ən pis halda isə ayrı-ayrı dövlətlərin kəşfiyyat strukturlarına bağlı naməlun qurumlardan aldıqları pula görə xalqının, öz dövlətinin əleyhinə çıxmaqdan, böhtan atmaqdan, ləkə yaxmaqdan qat-qat daha şərəflidir.
Məsələyə demokratiya və beynəlxalq hüquqi dəyərlər baxımından yanaşsaq, özünüzü “fikir və söz azadlıqlarının” “sərbəst toplaşmaq” və s. kimi hüquq və azadlıqların daşıyıcıları və mübarizləri hesab edirsinizsə, onda ən azı siz də digərlərinin fikirlərinə hörmətlə yanaşmalısınız. Yoxsa bu hüquqlar və azadlıqlar yalnız sizə münasibətdə keçərlidir? Bəlkə elə düşünürsünüz ki, hamı sizin kimi fikriləşməlidir?
Sonda, bir çoxlarının, xüsusilə də aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olanların yaxşı bildiyi və bütün dünyanın inkişaf etmiş ölklərində, ilk növbədə də tez-tez istinad etdiyimiz Qərb ölklərində tədbiq olunan siyasi mübarizə mədəniyyətinin, siyasi etikanın əsas kompanentlərindən olan bir fikri təkrarlamaq yerinə düşərdi:
“Ola bilər ki, siyai baxışlar müxtəlif olsun, dövlətin iqtisadi, sosial, mədəni və s. inkişafı yollarına baxışlar fərqli olsun, ayrı-ayrı faəliyyətlərə tənqidi yanaşmalar sərgilənsin və s, bütün bunlar yalnız daxili siyasi mübarizə çərviəsində aparılmalı, əxlaqı prinsiplərə əməl edilməli və ən əsası da millətə sədaqət, dövlətin maraqlarına xidmət məfkurəsi ətrafında olmaldır” Məhz məşhur islam filosofu əl-Fərabi "İhasu l-Ulum" (elmlərin təsnifi) əsərində elmləri sadalayarkən, əxlaq elmini ayrıca qeyd etməyərək, əxlaqı siyasətin bir girişi, bir qolu olaraq qeyd etmişdir. Çünki siyasətin qarşısına qoyduğu əxlaqlı bir cəmiyyət insanlarla mümkündür.