EN

Kontakt Home-dan aldığı soyuducu işləmirNə təmir edirlər, nə də...

Seymur Məmmədov adlı vətəndaş Kontakt Home mağazalar şəbəkəsindən şikayətçidir. AzPost xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Bildirir ki, 2024-cü ilin sentyabr ayında adıçəkilən mağazadan Samsung markalı soyuducu alıb.

“1-2 ay işləyib sonra işləmədi. Zəng eləyib danışdıq.” Samsung”un servisinə yönəldirlər və servisin ustası gəlib təmir etdi. 1 həftə sonra yenə soyutmadı, yenə də dondurucuda məhsullar zay oldu. Bu qayda ilə 4-5 dəfə olub artıq, nə məhsulu dəyişdirmirlər, nə də təmir edə bilmirlər”.

Vətəndaş bildirir ki, Kontakt Home  olaraq məsuliyyəti üstündən atır. “Bu halda kimə və hara şikayət edə bilərəm?” – deyə şikayətçi bildirib.

AzPost xəbər verir ki, bu cür hallara qarşılaşdığı zaman vətəndaş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər.

İstehlak bazarında baş verən pozuntularla bağlı Agentliyə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar:

  • Elektron qaydada Agentliyin rəsmi internet səhifəsinin (www.competition.gov.az) “Müraciət” bölməsinin  “Ərizə, şikayət, təklif” alt-bölməsi vasitəsilə (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif);
  • Agentliyə ərizə ilə yazılı müraciət göndərməklə; (elektron poçt: [email protected]; Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84. Hökumət evi, 7-ci qapı).
  • Agentliyə şəxsən müraciət etməklə (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84. Hökumət evi, 7-ci qapı).

AzPost.az

Chosen
0
azpost.info

1Sources