Vətən müharibəsi qazisi Əfqan Zamanov ata olub.
Ölkə.Az xəbər verir ki, bu barədə ona yaxın olan şəxslər sosial şəbəkələrdə paylaşım edib.
Qazinin qız övladının dünyaya gəldiyi bildirilir.
Qeyd edək ki, Zamanov Əfqan Murad oğlu 2020-ci ildə Vətən müharibəsi zamanı cəbhəyə könüllü yollanıb. O, döyüşdə olan zaman Ermənistan tərəfinin atdığı mərmi yaxınlığına düşüb. Bu zaman qazimiz çəkdiyi videoda gülümsəyərək "dəymədi, dəymədi" söyləməsi ilə məşhurlaşmışdı.
Billurə