EN

Rusiyada naziri korrupsiya ittihamı ilə saxlayıblar

Rusiyada

Rusiyada Buryatiya Respublikasının Nəqliyyat, energetika və yol təsərrüfatının inkişafı naziri Aleksandr Qoqe korrupsiya ittihamı ilə saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

Respublika hökuməti sədrinin müavini Vyaçeslav Suxorukovun sözlərinə görə, “nazirin həbsi gözlənilirdi, Buryatiya hökuməti bu işlə bağlı hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olub”.

Suxorukov deyib ki, bu gün korrupsiyanın təzahürləri sadəcə cinayət deyil, onlar xüsusi hərbi əməliyyat kontekstində vətənə xəyanətdir.

Qoqe 2021-ci ilin martında Buryatiyanın Nəqliyyat, energetika və yolların inkişafı naziri təyin edilib. Bundan əvvəl o, Rosavtodorun "Cənubi Baykal" Federal Avtomobil Yolları Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

E. KAMAL
Chosen
0
3
reyting.az

4Sources