EN

"F-16 ekvivalenti": Çinin "J-10C" qırıcısı Pakistan-Hindistan münaqişəsinin ulduzuna çevrilir

"Chengdu Aircraft Industry Group" tərəfindən hazırlanmış Çin "J-10C" qırıcı təyyarəsi bu ay Hindistan və Pakistan arasında gərginliyin artmasında iştirak edib. Bundan sonra təyyarə diqqət mərkəzində olub. Bu barədə "Business Insider" yazır.

Ötən çərşənbə günü Pakistanın xarici işlər naziri bildirib ki, Pakistan Hərbi Hava Qüvvələrində xidmətdə olan tək mühərrikli çoxməqsədli təyyarə Hindistanın bir neçə döyüş təyyarəsinin vurulması əməliyyatında istifadə edilib. Pakistanın dövlət xəbər agentliyinin məlumatına görə, vurulan hədəflər arasında Fransaya məxsus “Rafale” döyüş təyyarəsi də olub.

ABŞ-ın müdaxiləsindən sonra münaqişə tərəfləri gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər. Prezident Donald Tramp şənbə günü Hindistan və Pakistanın “tam və dərhal atəşkəs” haqqında razılığa gəldiyini bildirib.

Hərbi sənayesinin 80%-i Çin texnologiyasına əsaslanan Pakistan "J-10C"-ni 2022-ci ildə almağa başlayıb. Bu, hava-hava raketlərindən tutmuş hava bombalarına qədər geniş çeşiddə silah daşıya bilən birinci nəsil J-10-un təkmilləşdirilmiş versiyasıdır.

2000-ci illərdə debütündən bəri "J-10" davamlı təkmilləşdirmələrə məruz qalıb və Çinin"F-16" və ya "Saab Gripen" kimi Qərb yüngül qırıcılarına cavabı hesab olunur.

London Kral Kollecində müdafiə tədqiqatları üzrə baş müəllim David Jordan qeyd etdiyi kimi: ""J-10C"-nin təxminən son model "F-16"-ya bərabər olduğunu düşünün, lakin bəzi xüsusiyyətləri ilə, məsələn, uzun mənzilli raket sistemi, müəyyən ssenarilərdə ona üstünlük verə bilər".

"J-10" Çinin müasir, yerli istehsal olan döyüş təyyarəsi yaratmaq üçün ilk ciddi cəhdi idi. O, 2004-cü ildə tək mühərrikli, kanard-delta qanadlı qırıcı "J-10A" kimi xidmətə girdi. Bu konfiqurasiya sabitlik hesabına daha çox manevr qabiliyyətini təmin edir ki, bu da hava döyüşlərində üstünlük təşkil edir.

Təyyarənin dizaynı ona həm hava, həm də yer hədəflərinə qarşı effektiv fəaliyyət göstərməyə imkan verir - o, dəqiq bombalar, hava-yer və orta mənzilli hava-hava raketləri daşıya bilir.

İstehsalın tamamilə Çin istehsalı olmasına baxmayaraq, layihə həm də xarici ideyalar, xüsusən də İsrail və Rusiya mütəxəssislərinin ideyaları əsasında hazırlanıb.

2008-ci ildə "J-10B" versiyası azaldılmış radar görmə qabiliyyəti, yeni hava girişi, infraqırmızı axtarış sistemi, yenilənmiş kokpit və təkmilləşdirilmiş təhlükənin aşkarlanması alətləri ilə təqdim edildi.

Artıq 2015-ci ildə ən təkmil versiya olan "J-10C"-nin istehsalına başlanılıb. Yeni versiya hədəfin dəqiqliyini və elektron müharibədən qorunmasını əhəmiyyətli dərəcədə artıran mərhələli sıra radarı (AESA) aldı. Təyyarə, həmçinin peyk rabitəsi, məlumat mübadiləsi, raket xəbərdarlığı və radar siqnaturalarının (Siqnatura- elektron sürət ölçən cihazın xüsusiyyətidir, o bir şəxsin imzası kimi unikaldır) azaldılması sistemlərini birləşdirir.

Qırıcı hələ də zəif nöqtə hesab edilən Rusiyanın "AL-31F" mühərriki ilə təchiz edilsə də, yeni Çin "WS-10" mühərrikləri sınaqdan keçirilir.

S.ELAY

XQ

Chosen
0
xalqqazeti.az

1Sources