EN

Qətər əmirinin Trampa "uçan saray" hədiyyəsi

ABŞ prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən dəbdəbəli Boeing 747-8 hədiyyəsini qəbul etməyə hazırlaşır. Hədiyyənin Tramp tərəfindən prezident təyyarəsi olan Air Force One kimi istifadə ediləcəyi gözlənilir.

Herbiand.az xəbər verir ki, “ABC News”un yaydığı məlumta görə, onun səlahiyyət müddəti bitənə qədər təyyarənin mülkiyyəti Trampın Prezident Kitabxanası Fonduna keçəcək.

Hədiyyənin gələn həftə Trampın Qətərə səfəri zamanı açıqlanacağı gözlənilir. Ancaq transferin özü səfər zamanı baş tutmayacaq.

Ağ Evin rəhbəri tez-tez "uçan saray" adlandırılan təyyarəni fevral ayında Floridadakı West Palm Beach Beynəlxalq Hava Limanında qısa müddətə olarkən görüb.

Chosen
0
herbiand.az

1Sources