EN

ÖZÜMÜ ÇOX QÜRURLU HİSS ETDİM...

Aygün müəllim Ulu Öndər Heydər Əliyevin Azərbaycan və azərbaycanlılar üçün misilsiz xidmətlərindən danışıb, sonra belə bir tapşırıq verdi: Hər bir şagird Heydər Əliyevin beş kəlamını, hikmətli fikirlərini yazsın. 

HEYDƏR ƏLİYEV HİKMƏTLƏRİ:

1. Mən həmişə fəxr etmişəm, elə indi də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!

2. Uşaqlar bizim gələcəyimizdir.

3. Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının borcudur.

5.Mən dünyada müəllimdən yüksək ad tanımıram.

Aygün müəllimə sinifdə məni dəyərləndirdi. Evə qayıdanda əhvalatı valideynlərimə danışdım və yazdıqlarımı onlara oxudum. Bu geniş diskusiyaya səbəb oldu. Ailədə nə az, nə çox valideynlərimlə  birlikdə 50-dən çox müstəqil Azərbaycan dövlətinin qurucusu, Öndərlik misyası ilə tarix yazan Heydər Əliyevin hikmətli sözlərini, qiymətli fikirlərini topladıq.

Bundan özümü çox qürurlu hiss etdim.

İLKİN QAZIMZADƏ,
İmişli rayonu Cəfərli kənd Fazil Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin IV sinif şagirdi

MİA.AZ

Chosen
0
mia.az

1Sources