“Real”ın hücumçusu Kilian Mbappe tarixi nailiyyətə imza atıb.
Msport.az xəbər verir ki, fransalı forvard XXI əsrdə “Barselona” ilə matçda het-trik edən ilk futbolçu olub.
O, La Liqanın 35-ci turu çərçivəsində dünən kataloniyalılarla səfər görüşündə rəqibi 3 dəfə mərkəzə dəvət edib. Mbappe 5, 14 və 70-ci dəqiqəələrdə qol vursa da, komandası 3:4 hesabı ilə məğlub olub. 26 yaşlı futbolçu “Real”ın ən məhsuldar futbolçusu olan Kriştianu Ronaldonun belə, bacarmadığını reallaşdırıb.
“Real”ın heyətində “El Klasiko”larda sonuncu dəfə 1995-ci ildə İvan Zamorano het-triklə yadda qalmışdı. “Barselona”da isə XXI əsrdə Luis Suares və Lionel Messi bunu həyata keçirə bilib.