EN

Ər-Riyadda hazırlıq: Donald Tramp Fələstini tanıya bilər

BAKI, 12 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın bu həftənin sonunda Səudiyyə Ərəbistanına səfəri zamanı Ər-Riyad onu Fələstin dövlətinin yaradılması, Qəzzada müharibəyə son qoyulması və İsraillə ərəb ölkələri arasında əlaqələrin normallaşdırılması ilə bağlı regional paket sazişinə cəlb etməyə çalışacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” mənbələrə istinadla məlumat yayıb.

İsrail nəşri Səudiyyə kral ailəsinin adı açıqlanmayan rəsmisinə istinadla yazır ki, Ər-Riyadda Trampın belə bir razılaşmanı dəstəkləməyə inandırılacağına dair böyük nikbinlik var.

Nəşrə danışan rəsmi qeyd edib ki, bəzi təfərrüatlar dəyişdirilə bilər, amma Fələstin dövlətinin tanınması və Qəzzada müharibənin dayandırılması Ər-Riyad üçün dəyişdirilməsi mümkün olmayan komponentlərdir.

Xatırladaq ki, “The Media Line” mayın 10-da ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı Fələstin dövlətini tanıdığını bəyan edəcəyini yazmışdı.

Chosen
0
50
teleqraf.com

10Sources