EN

Motosikletlə yük maşını toqquşdu – Ölən və yaralanan var

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi insan itkisi ilə nəticələnib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, motosikletlə yük maşınının toqquşması nəticəsində Şirvan sakini, 1975-ci il təvəllüdlü Kərimov Azər Əlifağa oğlu hadisə yerində həyatını itirib. Şirvan sakini, 1993-cü il təvəllüdlü Qambayev Zahid Oruc oğlu isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
0
3
heftelik.az

6Sources