Faktla bağlı araşdırma aparılır.
Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, qəza H.Əliyev prospektində qeydə alınıb. İlkin məlumata görə, Motosikletin yük maşını ilə toqquşması nəticəsində Şirvan sakini, 1975-ci il təvəllüdlü Kərimov Azər Əlifağa oğlu hadisə yerində həyatını itirib. Şirvan sakini, 1993-cü il təvəllüdlü Qambayev Zahid Oruc oğlu isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.