EN

Hacıqabul RİH-in 100 minlik tenderi ləğv edildi

Hacıqabul Rayon İcra Hakimiyətinin küçə və məhəllədaxili yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 97 576 AZN olub.

 

Cabir

Tarix: 12 May 2025, 08:26   
Chosen
0
3
pravda.az

5Sources