Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi insan itkisi ilə nəticələnib.
News24.az APA-ya istinadən xəbər verir ki, qəza H.Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, motosikletlə yük maşınının toqquşması nəticəsində Şirvan sakini, 1975-ci il təvəllüdlü Kərimov Azər Əlifağa oğlu hadisə yerində həyatını itirib. Şirvan sakini, 1993-cü il təvəllüdlü Qambayev Zahid Oruc oğlu isə ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.