EN

“HƏMAS”ın azad etdiyi Amerika vətəndaşı ölkəsinə qayıdır

ABŞ prezidenti Donald Tramp Fələstinin “HƏMAS” hərəkatının azad etdiyi Amerika vətəndaşı Edan Aleksandrın vətənə qayıtdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da məlumat verib.

O vurğulayıb ki, Aleksandrın qayıdışı Qətər və Misirdən olan vasitəçilərin səyləri sayəsində mümkün olub.

Tramp ümid etdiyini bildirib ki, amerikalı girovun azad edilməsi münaqişəyə son qoymaq üçün lazım olan son addımlardan birincisidir.

Chosen
0
1
report.az

3Sources