EN

Barmaqlardakı qırışların SİRRİ AÇILDI

Binghamton Universitetinin amerikalı alimləri su ilə uzun müddət təmasdan sonra barmaqların dərisinin niyə qırışdığını aşkar ediblər.

Publika.az xəbər verir ki, tədqiqat nəticələri "Journal of Mechanical Behavior of Biomedical Materials" (JMBBM) elmi jurnalında dərc olunub.

Məlum olub ki, hər bir insanda qırış nümunələri qan damarlarının işi ilə əlaqəli eyni sxemə görə formalaşır.

Əvvəllər belə hesab olunurdu ki, qırışlar dərinin suyu udması və şişməsi səbəbindən yaranır.

Yeni araşdırmada komanda iştirakçıların barmaqlarını 30 dəqiqə mayeyə batırdıqları bir təcrübə aparıb. 24 saatdan sonra prosedur təkrarlanır. Şəkillərin müqayisəsi göstərib ki, hər iki halda qırış naxışları (ilgələr və silsilələr) eyni qalıb.

“Barmaqlardakı qan damarları yerlərini dəyişmir, buna görə də qırışlar eyni “naxış”a görə əmələ gəlir”, - alimlər izah ediblər.

Chosen
0
1
publika.az

10Sources