AZ

Alimlər yaş barmaqlardakı qırışların sirrini açdılar

BAKI, 12 may. TELEQRAF

Amerika alimləri su ilə uzun müddət təmasdan sonra barmaqların dərisinin qırışmasının səbəbini tapıblar.

Məlum olub ki, hər bir insanda qırış nümunələri qan damarlarının işi ilə əlaqəli eyni sxemə görə formalaşır.

Teleqraf xəbər verir ki, tədqiqat “Journal of Mechanical Behavior of Biomedical Materials” elmi jurnalında dərc olunub.

Əvvəllər hesab olunurdu ki, qırışlar dərinin suyu udması və şişməsi səbəbindən yaranır. Yeni araşdırmada iştirakçıların barmaqlarını 30 dəqiqə mayeyə batırdıqları bir təcrübə aparılıb. 24 saatdan sonra prosedur təkrarlanıb. Şəkillərin müqayisəsi göstərib ki, hər iki halda qırış naxışları eyni qalıb.

Alimlərin fikrincə, barmaqlardakı qan damarları yerlərini dəyişmir, buna görə də qırışlar eyni “naxış”a görə əmələ gəlir.

Seçilən
0
1
teleqraf.com

10Mənbələr