"Qalatasaray" Türkiyə çempionu olsa, qeyri-adi şəkildə bayram edəcək.
Offsideplus.az xəbər verir ki, klub 25-ci çempionluğu üçün İstanbul boğazında gəmi turuna çıxacaq. "Cim-Bom" rəhbərliyi aidiyyəti orqanlardan icazə alıb, boğazdan kortejlə keçməyi planlaşdırır.
Qeyd edək ki, Türkiyə Super Liqasında 2024-25 mövsümünün bitməsinə 3 tur qalmış turnir cədvəlində vəziyyət belədir:
1. "Qalatasaray" - 86 xal
2. "Fənərbağça" - 78 xal