Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.
Evə ciddi maddi ziyan dəyib, güclü yağış nəticəsində otaqlar su ilə dolub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.