Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olunub.
Axar.az xəbər verir ki, ümumilikdə 600 iştirakçının qatıldığı Forum çərçivəsində 7-29 yaş arası şagird, yeniyetmə və gənclər ingilis dili üzrə olimpiadada biliklərini sınamaq imkanı qazanıblar. Eyni zamanda, iştirakçılar tanınmış mentorların motivasiyaedici çıxışlarını dinləyərək şəxsi və peşəkar inkişafla bağlı dəyərli tövsiyələr əldə ediblər.
Tədbirin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunub, sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, təşkil olunan “Olimpiada Bilik Forumu” Azərbaycanda gənclərin intellektual inkişafına, xarici dil bacarıqlarının artırılmasına və onların sosial fəallığının təşviqinə yönəlib.