EN

Qiyməti bahadır, amma alıcısı da varVİDEO

Adi pomidorun kiloqramı 1 manat 30 qəpikdir. Lakin bazarda kiloqramı 3 manata təklif olunan özbək növü pomidor da var.

Xezerxeber.az-ın xəbərinə görə, satıcılar bildirdilər ki, əvvəl ölkədə istixana  az olduğundan gətirilmə mallar satılırdı. Onlar içərisində özbək pomidoru ən yaxşılardan hesab olunurdu. Artıq həmin o sortu elə ölkəmizdə yetişdirib bazara təqdim edirlər.

Bəzi satıcılar isə baha olduğuna görə bu növ pomidoru satmadıqlarını deyirlər.

Bildirildi ki, özbək pomidorunun qiyməti nə qədər baha olsa da, alıcıları kifayət qədər var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
0
xezerxeber.az

1Sources