EN

Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəlib? - VİDEO

“İl 1961, məkan Suriya. Siyasi və hərbi elitada hər kəsin etimadını qazanan bir şəxs. Kamal Emin Sabit. Suriyalı iş adamı kimi tanınırdı. Əslində adı Eli Kohen, milliyyəti yəhudi idi. İsrail “casusların tanrısı” adlandırdığı Koheni Suriyaya kəşfiyyatçı kimi göndərmişdi. Suriya rəsmilərini özünə o qədər inandırmışdı ki, müdafiə nazirinin müavini olmağa hazırlaşırdı. Lakin gözləmədiy halda ifşa edildi və edam olundu. İsrail məhz bu casus sayəsində əldə etdiyi məlumatlarla Suriyanın Colan təpələrini 2 günə işğal etdi”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, bBu gün də İsrailin Suriyaya nəzarət etmək arzusu qalmaqdadır, lakin bu dəfə heç nə o qədər asan deyil:

“Qarşısında Türkiyə var. Günlərdir bəzi xarici media resurslarında ağlagəlməz iddialar dolaşır. İsrail və Türkiyə qırıcılarının Suriyada üz-üzə gədiyi deyilir. Türkiyə və İsrail rəsmiləri bununla bağlı heç bir açıqlama vermir. Amma iki ölkənin gərginliyindən bütün dünya danışır. İsrailin baş naziri Binyamin Netanyahu bu həftə Bakıya gəlməli idi. Səfərin bir anda təxirə salınması Türkiyə ilə artan gərginlik iddialarını da gücləndirdi. Bəzi ekspertlərə görə, hazırda İsrail meydanda tək qalıb.

Yaxın müttəfiqi ABŞ-dən son günlər zərbə üstünə zərbə alır. İranı vurmaq istədi, Tramp Tehranla danışıqlara başladı, Türkiyənin üzərinə getmək istədi, Tramp Ərdoğanı dostu adlandırdı, Yəməndə husilərə qarşı əməliyyata başladı, Tramp husiləri artıq vurmayacağıq dedi. İsrailin Türkiyə ilə gərginlii fonunda Tramp və Ərdoğan arasında baş tuatan telefon danışğı isə olduqca maraqlı idi. Təhlillər belədir ki, indi Türkiyə ABŞ-yə İsraildən çox lazımdır. Belə vəziyyətdə İsrailə Türkiyə ilə savaş lazımdırmı? Dünya ümid edir ki, Yaxşın Şərqdə daha bir savaşa şahid olmayacaq”.

Daha ətraflı süjetdə:



Bizim.Media

Chosen
0
50
bizim.media

10Sources