EN

“Indra” şirkəti yeni VALERO silah sistemini təqdim edib

İspaniyanın “Indra” şirkəti həm kəşfiyyat, həm də zərbə tapşırıqlarını yerinə yetirməyə qadir olan VALERO çoxməqsədli hava silahları sistemini hazırlayır.

“Poliqon” “Indra”ya istinadən xəbər verir ki, sistem qanadlı raket formasında olan VAM (Vehículo Aéreo Multipropósito) çoxməqsədli reaktiv uçuş aparatından, LSC (Lanzador de Superficie Configurable) yerüstü buraxma qurğusundan, EPC (un segmento terrestre de planificación y control) yerüstü planlaşdırma və komanda məntəqəsindən, eləcə də onunla əlaqəli köməkçi avadanlıqdan ibarətdir.

VAM uçuş aparatı cari tapşırıqdan asılı olaraq konfiqurasiya edilən müxtəlif faydalı yüklərlə təchiz oluna bilir. O, təyin edilmiş tapşırığa uyğun olaraq konfiqurasiya oluna bilən müxtəlif növ faydalı yüklərdən istifadə etməklə birgə döyüşə töhfə vermək, riski azaltmaq və missiyanın müvəffəqiyyətini artırmaq üçün nəzərdə tutulub.

Buraxılışın həm yerüstü qurğudan, həm də havadan – məsələn, “Eurofighter Typhoon” döyüş təyyarəsindən həyata keçirilməsi planlaşdırılır.

VALERO təkrar istifadə edilə bilən platformadır: kəşfiyyat tapşırıqlarını başa vurduqdan sonra uçuş aparatl təyin olunmuş nöqtəyə qayıda bilir.

Çevikliyi, qarşılıqlı əlaqədə fəaliyyəti, zənginllik və aldatma imkanları, həmçinin müxtəlif platformalardan və ya səthdən buraxıla bilməsi sayəsində ortaya çıxan təhdidlərə qarşı və yeni çoxdomenli ssenarilərdə üstünlüyə töhfə verir.

Yeni VALERO sisteminin hazırlanmasına hələ 2023-cü ildə başlanılıb. “İndra” şirkətinin məlumatına görə, o, tamamilə yerli istehsal komponentlərindən hazırlanıb.

Qeyd edək ki, ümumilikdə, VALERO konsepti ABŞ-nin “Lockheed Martin” şirkətinin inkişaf etdirdiyi CMMT (Common Multi-Mission Truck) raket ailəsinə bənzəyir. Hər iki layihə klassik qanadlı raketlərə nisbətən ucuz alternativ kimi mövqeləndirilən modul platformalardır. Onların arasındakı oxşarlıq yüksək inkişaf tempi və həm yerüstü, həm də hava daşıyıcılarından geniş buraxılış imkanlarında da özünü göstərir.

Bu konsepsiya daha ucuz və daha sadə yüksək texnologiyalı silahlara yönələn qlobal tendensiyaya uyğundur ki, bu da genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi fonunda xüsusilə aydın görünür. Uzun, yorucu münaqişəyə uyğunlaşmaq məcburiyyətində qalan Ukraynanın təcrübəsi bütün dünyada silah istehsalına yanaşmaların yenidən nəzərdən keçirilməsi üçün bir növ katalizator olmuşdur.

Getdikcə daha çox ölkə və şirkət diqqətini nisbətən ucuz, tez istehsal olunan və minimal xərclə mürəkkəb tapşırıqları yerinə yetirmək imkanına sahib təkrar istifadə edilə bilən həllərin istehsalına yönəldir.

2023-cü ildə başlanmış layihənin nəticəsi olan VALERO, İspaniya və Avropanın strateji muxtariyyətini təşviq edən və bütün dəyər zəncirini əhatə edən 100% milli sistemdir və İspan sənayesini beynəlxalq səviyyədə mövqeləndirməyə kömək edir.

photo

Əhəd Vahidoğlu

Chosen
0
poliqon.az

1Sources