EN

"El-Klassiko"nun qalibi "Barselona" oldu

La Liqada bu gün "El-Klassiko" oynanılıb.

90deqiqe.Az  xəbər verir ki, 35-ci turda lider "Barselona" evdə 2-ci pillədəki "Real"la qarşılaşıb.

Meydan sahibləri hesabda geri düşsə də, əzmkar oyun nümayiş etdirib. Səkkiz qolun qeydə alındığı matçda kataloniyalılar 4:3 hesablı çətin qələbə qazanıb.

Bu komandalar arasında İspaniya kubokunun finalda keçirilən sonuncu görüşdə Kataloniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, "Barselona" hazırda 82 xalla 1-ci, "Real" 75 xalla 2-cidir.

11 may

 "Barselona" - "Real" - 4:3

Qollar: K.Mbappe, 5, (pen), 14, 70, E.Qarsiya 19, L.Yamal, 32, Rafinya, 34, 45, 

Chosen
0
90deqiqe.az

1Sources