EN

“El-Klasiko”da start heyətlər: Arda Gülər ilk “11-lik”də

Bu gün İspaniya La Liqasında növbəti "El-Klasiko" baş tutacaq.

Yenisabah.az xəbər verir ki, ölkə çempionatının 35-ci turu çərçivəsində əzəli rəqiblər - "Barselona" və "Real Madrid" üz-üzə gələcəklər.

Katalon təmsilçisi hazırda 79 xalla turnir cədvələnin lideridir, madridlilər isə 75 xalla ikinci pillədə qərarlaşıblar.

"Real"ın start heyəti:

Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.

"Barselona"nın start heyəti:

Şensnı; Kubarsi, Martines, Jerar Martin, Erik Qarsiya; De Yonq, Pedri, Olmo, Rafinya, Yamal; Ferran.

Oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Qeyd edək ki, bu mövsüm La Liqada tərəflər arasında keçirilmiş ilk görüşdə "Barselona" səfərdə "Kral klubu"nu darmadağın edib - 0:4.

 


Telegram kanalımız
Chosen
0
1
yenisabah.az

2Sources