EN

Azarkeşlər klubun bazasına hücum etdilər

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "Selta"ya uduzduqları (2:3) La Liqanın XXXV turun oyunundan sonra baş verib. Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbuq qalıb. Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.

Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.

Chosen
0
5
Ajans.az

7Sources