EN

Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini bildirib. O, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.

Chosen
0
11
publika.az

10Sources