“Rusların, nəhayət, müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
"Dünyada hər kəs bunu çoxdan gözləyirdi. Hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir", - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, bir gün də olsa, qətli davam etdirməyin mənası yoxdur.
"Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi tam, davamlı və təhlükəsiz şəkildə təsdiqləyəcək. Ukrayna görüşə hazırdır", - deyə Zelenski qeyd edib.
Bizim.Media