EN

Vüsal qol pası verdi, 7:0-lıq qələbədə pay sahibi oldu

Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 38-ci tur çərçivəsində səfərdə “Adanaspor”la qarşılaşıb.

Vüsal start heyətində yer alıb və görüşü əvəzolunmadan keçirib.

Matç Bolu klubunun 7:0 hesablı qələbəsi ilə başa çatıb. 19-cu dəqiqədə sarı vərəqə ilə cəzalanan İsgəndərli 36-cı dəqiqədə də məhsuldar ötürmə müəllifi olub.

Həmyerlimizin ötürməsindən sonra Florent Hasani “Boluspor”un 5-ci qolunu vurub.

“Boluspor” bu qələbə sayəsində xallarının sayını 61-ə çatdırmaqla mövsümü 7-ci yerdə tamamlayıb. Bununla da komanda Superliqaya vəsiqə uğrunda pley-off matçlarında iştirak etmək hüququ qazanıb.

Chosen
0
49
sportinfo.az

10Sources