ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna hakimiyyət orqanları ilə birbaşa danışıqları bərpa etmək təklifini alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bu, Rusiya və Ukrayna üçün əla gün ola bilər. Bu sonsuz “qırğın” bitdikdə xilas olacaq yüz minlərlə insanın həyatını düşünün", - deyə ABŞ prezidenti bildirib.
Amerika liderinin sözlərinə görə, o, “bunun (danışıqlar prosesi) baş tutacağına əmin olmaq üçün [münaqişənin] hər iki tərəfi ilə işləməyə davam edəcək”.
Bizim.Media