EN

Axıra çatdırıla bilməyən arzuları reallığa çevirən lider

Bu gün cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla həyata keçirməklə Azərbaycan xalqının xəyallarını reallığa çevirməkdədir.

Bunu Ölkə.az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Deputat bildirib ki, cənab Prezident Ulu Öndərin işğaldan azad edilmiş topraqların yenidən bərpa olunaraq həmin ərazilərədən didərgin düşən məcburi köçkünlərin öz yurdlarına dönüşü ilə bağlı arzularını reallaşdırmaqdadır.

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günü Ağdam rayonunun Kəngərli kəndinin sakinlərinin yenidən öz ata yurdlarına dönüşü bunun bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyib: “Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!”
Bəli, biz bu gün bir zamanlar xəyal kimi qəbul edilən bu fikir gerəçəkliyə çevrilib. Artıq İkinci Qarabağ savaşından sonra öz ata yurdlarından məcburi şəkildə köçkün düşənlər geri dönməkdədir. Kəngərli kəndi qısa zamanda salınan 14-cü yaşayış məntəqəsidir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə gedir və ən qısa tarixdə digər yaşayış məntəqələrinə də qayıdışlar davam edəcək. Qarabağ yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş bölgələrindən biri olacaq. Buna əminik.
Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində təsadüfən demirdi ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri ancaq İlham Əliyev başa çatdıra biləcək və buna inanıram. Belə də oldu. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının xəyallarındakı arzuları reallığa çevirdi. Əminəm ki, Azərbaycan xalqı cənab İlham Əliyevin liderliyi altında hələ çox qələbələrə və uğurlara imza atacaq. Bu gün Azərbaycan dünya da qalib dövlət və xalq kimi deyil, eyni zamanda dünyada etibarlı tərəfdaş ölkə kimi tanındığından beynəlxalq aləmdə ciddi oyunçu kimi qəbul edilir. Azərbaycan yeni dünya düzəninin formalaşmasında xüsusi rol oynayan dünya liderlərindən biridir. Biz gələcəkdə daha ciddi qələbələrin şahidi olacağıq”.

Mürtəza
Ölkə.az

Chosen
0
1
olke.az

2Sources