Türkiyənin Çanaqqala şəhərində zənciravi qəza nəticəsində 8 nəfər ölüb, 20-si yaralanıb.
"TRT Haber” xəbər verir ki, bu barədə Çanaqqala valisi Ömər Toraman bildirib.
Hadisə Çanaqqala-Ezine avtomobil yolunda baş verib. Çanaqqala “Truva Turizm” şirkətinə aid sərnişin avtobusu odun yüklü yük maşını və avtomobillə toqquşub.
Qəza yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarma və polis briqadaları göndərilib.