EN

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb

Türkiyənin Çanaqqala şəhərində zənciravi qəza nəticəsində 8 nəfər ölüb, 20-si yaralanıb.

"TRT Haber” xəbər verir ki, bu barədə Çanaqqala valisi Ömər Toraman bildirib.

Hadisə Çanaqqala-Ezine avtomobil yolunda baş verib. Çanaqqala “Truva Turizm” şirkətinə aid sərnişin avtobusu odun yüklü yük maşını və avtomobillə toqquşub.

Qəza yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarma və polis briqadaları göndərilib.

Chosen
0
4
anews.az

10Sources