EN

“Ukrayna və müttəfiqləri 30 günlük atəşkəsə hazırdır”


Kiyevdə bir araya gələn Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, onlar Ukrayna Prezidenti ilə birlikdə 30 günlük atəşkəs məsələsini müzakirə ediblər.
“Ukrayna və onun müttəfiqləri quruda, havada və dənizdə ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdırlar ki, bu da bazar ertəsindən etibarən başlaya bilər”, - Andriy Sibiqa yazıb.
Chosen
0
yeniavaz.com

1Sources