EN

“Pakistan-Hindistan qarşıdurması Çin, Fransa və İsrail silahlarının qlobal testi oldu”

“Pakistan-Hindistan qarşıdurması Çin, Fransa və İsrail silahlarının qlobal testi oldu”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, qarşıdurma zamanı Hindistan əsasən Fransa və İsrail, Pakistan isə Çin silahlarından istifadə edib.

Məqalədə bildirilir ki, Pakistanın arsenalında yerli məhsullar, eləcə də ABŞ hərbi məhsulları ilə yanaşı PL-12 və PL-15 raketləri, eləcə də Çin istehsalı olan J-10C və yenə Çinlə birlikdə istehsal edilən JF-17 təyyarələri daxildir. Hansı ki, məhz bu məhsullar Hindistanla qarşıdurmada özünü müsbət tərəfdən göstərib. Fransa istehsalı təyyarə və İsrail dronlarının vurulmasında onların imkanlarından geniş istifadə edilib.

Məqalədə Pakistanın Hərbi Hava Qüvvələrinin güc və manevr qabiliyyəti xüsusi qeyd edilib. Vurğulanıb ki, məlum qarşıdurmada Pakistanın Hərbi Hava Qüvvələri demək olar ki, heç bir ciddi itki verməyib.

ABŞ hərbi nəşri hesab edir ki, Pakistan-Hindistan hərbi qarşıdurmasının nəticələri – müharibə ərzində silah və texnikaların real döyüş şəraitində özünü necə göstərməsi bu silahların gələcək satışına ciddi təsir göstərəcək, silah bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.

Seymur ƏLİYEV

Chosen
0
moderator.az

1Sources