EN

Azərbaycan liqalarında “Ayın qolu”nin qalibləri seçildi

Premyer Liqada, I Liqada, həmçinin II Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında David Qomisin, I Liqada İbrahim Əliyevin, II Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

II Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib.

Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.

Chosen
0
7
sportinfo.az

10Sources