Rumıniyada prezident seçkilərinin ləğv olunma ehtimalı ilə bağlı daxili siyasi gərginlik davam edir və səsvermənin yenidən ləğv olunma riski var.
Publika.az xəbər verir ki, bu barədə politoloq Yekaterina Şumitskaya bildirib.
Qeyd olunur ki, seçkilərdə lider ABŞ prezidenti Donald Trampın böyük pərəstişkarı olan və Rumıniyanın ABŞ ilə əməkdaşlığını gücləndirmək istəyən Corc Simiondur. Üstəlik, o, Moldovanın, o cümlədən Dnestryanı ərazinin müstəqilliyinə qarşıdır.
“Görünür, hakimiyyət ümid edirdi ki, ötən ilki prezident seçkilərini ləğv etməklə, ikinci cəhddə öz namizədini ikinci tura keçirə və onun ətrafında ultrasağçıların bütün rəqiblərinin səslərini birləşdirə biləcək”, - politoloq qeyd edib.
Lakin son seçki prosesində öndə olan Kalin Corceskunun yerini başqa bir sağçı siyasətçi tutub.