Bakı. Trend:
Almaniyanın Köln şəhərində populyar İran əsilli reper “Xatar”ın(əsl adı Civar Hacabi) meyiti aşkarlanıb.
Trend xəbər verirki, bu barədə “Far Out” nəşri məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, 43 yaşlı reperin ölüm səbəbi hələaçıqlanmasa da, musiqi ictimaiyyətinin nümayəndələri həmkarlarınınölümünü təsdiqləyiblər.
Hüquq-mühafizə orqanları ifaçının ölümü ilə bağlı araşdırmalarabaşlayıblar və hazırda hadisəyə üçüncü şəxslərin müdaxiləsininmümkünlüyü istisna olunmur. İlkin məlumata görə, musiqiçininbədənində zorakılıq izləri aşkarlanmayıb. Yekun nəticələrməhkəmə-tibbi ekspertizasından sonra açıqlanacaq.
Civar Hacabi 1981-ci ildə İranda anadan olub, lakin Almaniyadaböyüyüb. O, musiqi karyerasına 2000-ci illərin sonunda başlayıb və2008-ci ildə ilk albomunu buraxıb. Daha sonra öz musiqi leybliniyaradıb.
O, həyatı boyunca dəfələrlə hüquq-mühafizə orqanları iləproblemlər yaşayıb; 1,8 milyon avro dəyərində qızıl və zinətəşyaları ilə dolu avtomobilin qarətində adı hallanırdı.