EN

Azərbaycan liqalarında “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib

Misli Premyer Liqasında, I Liqada, həmçinin II Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında David Qomisin, I Liqada İbrahim Əliyevin, II Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

II Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarı Peşəkar Futbol Liqasının verməli olub. Daxili səsvermənin yekunlarına görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.

Chosen
0
7
report.az

10Sources