EN

Sərnişin avtobusu qəzaya uğradı: Ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.

KONKRET.az xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib. Xəsarət alanların sayı isə dəqiqləşdirilir.

Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Chosen
0
8
konkret.az

10Sources